TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 74 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 73

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
M1rZ3 MelvinTog
Robertmaw vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Serials 2000 7.1 plus

Sizə çox gözəl və lazımlı bir program təqdim edirəm!Bu program özündə bu günə qədərki bütün programlar...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Həzrəti Əlinin (ə) yeməyi və geyimi

Həzrəti Əlinin (ə) yeməyi və geyimi

 (səs sayı: 1)

Bu xəbəri dostlarınla paylaş:
Həzrəti Əlinin (ə) yeməyi və geyimi
Onu kimsə ilə müqayisə etmək mümkünsüzdür.O, kəpəyi təmizlənmiş arpa çörəyi yeyərdi. Onun süfrəsi kimi sadə bir süfrə tapmaq çətin idi.
Heç vaxt iki yavanlığı bir vaxtda yeməzdi. Şəhadət gecəsi onun üçün çörək, süd və duz hazırlamış qızı Ümmü-Gülsümə belə buyurdu: “Məgər bilmirsənmi ki, atan bu vaxtadək yalnız bir qəza yeyib? Südü götür, duz kifayət edər”.
Həzrət Baqir (ə) buyurur: “And olsun Allaha, cəddim Həzrət Əli (ə) qullar sayaq yeyər, yerdə oturardı. İki köynək alanda qulamına təklif edərdi ki, köynəklərdən birini seçsin.
Beş illik xilafəti dövründə özü üçün kərpic üstə kərpic qoymadı, qızıl-gümüş toplamadı. Xalqa buğda çörəyi və ət yedirtdi, özü isə arpa çörəyi yedi. İki yaxşı işdən birini seçməli olduqda ən çətinini seçdi. Öz əlinin zəhmət haqqısı ilə minə yaxın qul azad etdi. Bu işdə əli torpağa bulaşdı, çöhrəsi tərə. Kimsədə onun işini görmək qüdrəti yoxdur”.
İbn Cövzi yazır: “Bir gün Abdullah ibn Rəzin Həzrət Əlinin (ə) evinə getdi. Gördü ki, həzrət bir miqdar ətlə arpanı suda qarışdırıb qaynadır. Abdullah ərz edir: “Ya Əmirəl-möminin (ə), bu nə qəzadır yeyirsiniz? Siz müsəlmanların xəlifəsisiniz və bütün beytül-mal əlinizdədir. İxtiyarınız var ki, aclığınızı aradan qaldıracaq həddə güclü xörəklər yeyəsiniz”. Həzrət buyurdu: “Müsəlmanların valisi üçün bundan artıq yemək caiz deyil”.
Abdullah ibn Əbu-Rafe deyir: “Bir bayram günü həzrətin yanına getdim. Ona ağzı möhürlü bir torba gətirdilər.Torbanın içində quru arpa çörəyi gördüm. Həzrət bu çörəkdən yeməyə başladı. Ərz etdim: “Ya Əmirəl-möminin bu torbanı niyə möhürləyirsiniz?” Həzrət buyurdu: “Qorxuram ki, Həsən və Hüseyn bu çörəkləri yağla yumşaldalar”.
Bəli, həzrət olduqca az və sadə yeyərdi. O buyururdu:
“Qarnınızı heyvanat qəbristanlığına çevirməyin”.
Həzrəti Əlinin (ə) yeməyi və geyimi
“Zəxirətul-Muluk” kitabında yazılır ki, bir gün həzrət Əli (ə) Kufə məscidində etikaf (oruc halda məsciddə qalmaqla yerinə yetirilən ibadət) etmişdi. İftar vaxtı həzrətin yanına bir ərəb gəldi. Həzrət Əli (ə) torbadan arpa çörəyi çıxardı. Çörəkdən bir qədər ərəbə verdi. Amma ərəb çörəyi yeməyib özü ilə götürdü. Sonra həmin şəxs Həsən və Hüseynin evinə gəlib onlarla birlikdə qəza qəza yedi. O dedi: “Məsciddə bir qərib kişi gördüm. Bu quru çörəkdən başqa bir şeyi yoxdu. Onun halına acıdım. Bu yeməkdən bir qədər aparım ona verim”. Həsən və Hüseyn ağladılar və dedilər:
”O bizim atamız Əmirəl-möminindir (ə). O bu riyazətlə nəfsi ilə cihad edir”.
Bir gün Ədi ibn Hatəm həzrət Əliyə (ə) bir qədər halva pay gətirir. Həzrət halva olan qabın ağzını açdıqda ondan xoş ətir duyur və buyurur: “Rəngindən və ətrindən məlumdur ki, yaxşı dadın var. Amma səni dada bilmərəm. Çünki mənim xəlifəliyim altında elə bir kəs tapıla bilər ki, gecəni ac yatmışdır”.
Əhnaf ibn Qeys belə bir rəvayət nəql edir: “Bir gün Müaviyənin yanında idim. Yemək vaxtı çatdıqda onun üçün çeşidli bir süfrə açdılar.Süfrədə min bir nemət vardı. Müaviyə qarınqulu adam olduğundan yeməklərə özü xüsusi diqqət yetirər, onların qədərinə və keyfiyyətinə nəzarət edərdi. Mən müaviyənin süfrəsinə baxıb ağladım. Müaviyə ağlamağımın səbəbini soruşdu. Dedim: “Əlinin (ə) halına ağlayıram. Bir gün onunla birlikdə iftar edirdim. Möhürlü torba gətirdilər. O, torbanı açıb, quru arpa çörəyi çıxardı. Sonra yenidən kisənin ağzını möhürləyib Fizzəyə verdi. Soruşdum ki, ya Həzrət Əli (ə) məgər səndən başqası bu çörəkdən yeyə bilirmi ki, onun ağzını möhürləyirsən? Həzrət Əli (ə) buyurdu: “Torbanı möhürləməkdə məqsədim budur ki, mən olmayanda övladlarım bu çörəkləri yağda yumşaltmasınlar”. Müaviyə dedi: “Düz deyirsən, ey Əhnəf. Əli kimi olmaq kimsəyə müyəssər deyil. Kimsə onun fəzilətini inkar edə bilməz”.
Həzrəti Əlinin (ə) yeməyi və geyimi
Həzrətin geyimi də yeməyinə uyğun idi. Paltarları cod parçadan olardı. Hansı ki, bu şəxs Şamdan savayı bütün İslam məmləkətinin rəhbəri idi.
Həzrət, Bəsrə valisi Osman ibn Hunəyfə yazdığı məktubda belə buyurur: “Mən sizin imamınız olduğum halda iki libas, iki parça çörəklə kifayətlənmişəm. Hansı ki, ipəkdən libas geyməyə, ləziz xörəklər yeməyə imkanım var. Belə ki, nəfs istəkləri mənə qalib gələ bilmir”. Həzrət buyurur: “Mən elə yeməklər yeyir, elə geyimlər geyirəm ki, bunu görən fəqirlər öz fəqirliyinə dözə bilsin”.
Başqa bir vaxtda həzrət belə buyurur: “Mən bilirəm ki, kimsə mənim kimi yaşaya bilməz. Amma imamla məmum arasında oxşarlıq da ola bilər. Belə ki, bacardığınız qədər mənim yolumu gedin”.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: vusaal | Baxış sayı : 463 | Rəylərin sayı (4) | 6 sentyabr 2011

Mövzuya oxşar xəbərlər:

Məsumların nurlu kəlamlarından 500 hədis [301-320]
Məsumların nurlu kəlamlarından 500 hədis [301-320]
Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Ən yaxşı əməl Allaha görə dost və Allaha görə düşmən olmaqdır" ...
Məsumların nurlu kəlamlarından 500 hədis [261-280]
Məsumların nurlu kəlamlarından 500 hədis [261-280]
Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.” ...
Məsumların nurlu kəlamlarından 500 hədis [421-440]
Məsumların nurlu kəlamlarından 500 hədis [421-440]
Həzrət Əli (ə) buyurur: “Heç bir əməl yalan kimi çirkin deyil”
Məsumlardan (ə) hədislər
Məsumlardan (ə) hədislər
Məsumlardan (ə) hədislər..

Səhifəni çap et
Ayla_girl (Offline)
Əlavə edilən tarix 11 sentyabr 2011 00:59 | 4

Şərh sayı: 2032
Xəbər sayı: 71
Xalı: 20
Qeydiyyat: 21.11.2010
 
Xebere gore tewekkurler..))




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 3
ss_16 (Offline)
Əlavə edilən tarix 8 sentyabr 2011 18:16 | 3

Şərh sayı: 1133
Xəbər sayı: 0
Xalı: 864
Qeydiyyat: 3.04.2011
 
twk.ALLAH razi olsun




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 1
Eden Flower (Offline)
Əlavə edilən tarix 7 sentyabr 2011 14:26 | 2

Şərh sayı: 1055
Xəbər sayı: 39
Xalı: 104
Qeydiyyat: 7.09.2010
Mükafatı yoxdur
ela xeberdi Allah razi olsun




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 3
_ROCK_STAR_ (Offline)
Əlavə edilən tarix 6 sentyabr 2011 18:27 | 1

Şərh sayı: 3871
Xəbər sayı: 214
Xalı: 506
Qeydiyyat: 19.12.2010
  
ALLAH RAZI OLSUN...TEWEKKurLER xebere goreeee




Status: 3w.Nice.aZ
ICQ: --
Reputasiya: 14
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular