

www.nice.az » İslam Dünyası » Ramazanda necə qidalanmalı?
Ramazanda necə qidalanmalı?
Bu xəbəri dostlarınla paylaş:

Bu ayı sağlam, gümrah və böyük ruhla başa vurmaq üçün düzgün qidalanmaq gərəkdir
Insanın bütün sağlamlığı onun qidalanmasından asılıdır. Düzgün qidalanma ömürlük sağlam həyat deməkdir. Ramazan ayında isə bu çox vacib şərtdir. Səhər yeməyi, iftar süfrəsinin təşkili hər bir kəsin sağlamlıq haqqında bilgisindən və öz sağlamlığına sayğısından xəbər verir.
Odur ki, iftar süfrənizdən qatıq, doğramac və ayranı əskik etməyin. Iftardan sonra isə 2 stəkan yaşıl çay için. Qaşıq yerinə darçın çubuğundan istifadə etsəniz daha yaxşı olar.
Isti, uzun günlü avqust ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi adamları isə ən çox qoxrudan da məhz isti və uzun gündür. Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, bol-bol ayran, qatıq və vişnə kompotu içmək vacibdir.
Oruc tutan dindar müsəlmanlar bir nüansı da nəzərdən qaçırmamalıdırlar. Iftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Acqarına, bütün günü dincələn orqanizmi qəfil ağır, çeşid-çeşid qidalarla yükləmək düzgün deyil. Dadlı, yağlı, ədviyəli xörəkləri meyvə-tərəvəzlə əvəzləmək gərəkdir. Iftarı isti şorbalarla açmaq da mədəyə ziyandır. Daha yaxşısı qatıqlı buğda şorbasıdır. Bu şorbanı hər kəs öz zövqünə uyğun hazırlayır. Bu şorbanı içdikdən yarım saat sonra siz zeytun yağı ilə hazırlanmış salat yeyə bilərsiz. Kök, turp, kahı, azacıq bişmiş çuğunduru doğrayaraq üstünə zeytun yağı əlavə edin.
Iftar və səhər süfrəsini necə hazırlamalı?
Uzun günü ac qaldıqda orqanizmdə qaz yığılır. Iftar süfrəsini elə hazırlamaq gərəkdir ki, yeməkdən sonra rahat uyuya biləsiniz. Səhər yeməyində duzlu, zəngin kalorili, yağlı pendirdən uzaq olmanız gərəkdir. Az duzlanmış, yağlılığı az olan pendir məsləhətdir.
Eyni zamanda səhər yeməyində süd, yumurta, qatıq kimi qidaları qəbul etməyiniz sizin orqanizminizi gün ərzində lazımi maddələrlə təmin edəcək. Oruc tutduğunuz müddətdə, pomidor, mayonez və xiyardan uzaq durmanız yaxşıdır.
Ramazan ayında oruc tutanların ən çox yaşadığı problem qəbzlikdir. Bu problemdən qurtulmaq üçün sadəcə yeməklərə diqqət etməlisən. Ramazan ayının ənənəvi qidası xurma qəbizliyin qarşısını alır. Eyni zamanda hər axşam yeməkdən bir saat sonra yediyiniz bir alma da sizin bağırsaqlarınızın qaydasında işləməsinə yardımçı olacaq.
Çay, yoxsa su içək?
Daha çox su içmək vacibdir. Çünki çay qəbizlik yaradır. Iftar zamanı qara çay əvəzinə yaşıl çaydan istifadə edin. Hər gün bir-iki stəkan yaşıl çay için. Içdiyiniz bütün çaylara bir darçın çubuğu atmanız qanda şəkəri qaydasında saxlayacaq.
Kompotlar və şirələr susuzluq gətirir
Iftar süfrəsində bol-bol içdiyiniz kompot və digər meyvə şirələri susuzluq yaratdığı üçün məsləhətli deyil. Amma zamanı olduğu üçün təptəzə meyvələrlə qidalanmağınız vacibdir. Kompotlardan ancaq vişnə xeyirlidir.
Oruc həm də pəhriz deməkdir
Ramazan ayında gün boyu ac qalan hər kəs iftar süfrəsində ehtiyatlı olmalıdır. Hansı qidadan başlamalı, nə qədər və necə yeməli sualını öncədən düşünmək gərəkdir. Bəzən iftar süfrəsində “qarnım doyur, gözüm doymur†deyib, nəfəsi kəsilə-kəsilə yeyənlər olur. Belələri bilməlidir ki, iftar süfrəsini doymamış tərk etmək sağlamlıq üçün əsas şərtdir. Daha çox təzə meyvələr, qoz, fındıq, badam ləpəsi, təmiz balla, meyvə quruları ilə qidalanmanız orqanizminiz üçün xeyirlidir.
Ramazanda zəifləmək mümkündürmü?
Ramazan ayında pəhriz saxlamaq, doğru bəslənmək, çəki itirmək mümkündür. Siz düzgün qidalanmaqla orucluğun sonunda toksinlərdən və artıq çəkidən qurtulmuş vücuda sahiblənə bilərsiniz.
Aşağıda göstərilən qaydada qidalanmaqla siz doğrudan da Ramazanın son gününə arzuladığınız bədənlə, sağlam orqanizmlə sahiblənərsiniz.
1 ədəd xurma, bir ədəd zeytun və bir stəkan su ilə orucunuzu açın. Orucunuzu açdıqdan 5-10 dəqiqə sonra mərci və ya qatıqlı buğda şorbası için. Bunu çoxlu şüyüd vurulmuş dovğa ilə də əvəz edə bilərsiniz.
Iftar zamanı ancaq bir dilim ağ çörək yeyə bilərsiniz.
Şorbanı içdikdən 10-15 dəqiqə sonra 8 yemək qaşığı ətli, zeytun yağı vurulmuş tərəvəz salatı yeyin. Bundan 10 dəqiqə sonra 1 kasa qatıq və ya 1 stəkan ayran için. 1 saat sonra 2 qozun ləpəsini yeyin.
Sabahkı iftarda isə siz ardıcıllığı darçınlı, qatıqlı meyvə salatı ilə davam etdirin.
Səhər yeməyində siz 1 ədəd yumurta və penidrlə bir dilim ağ çörək yeyin. 1 stəkan süd də faydalıdır. Bu zaman 8-10 badam və ya fındıq ləpəsi yeməniz də sizi gün ərzində enerji ilə təmin edər.
Unutmayın ki, ramazan ayı boyunca oruc tutan hər kəsin orqanizmi təzələnir, saflaşır. Qan dövranı və maddələr mübadiləsində yaranmış hər hansı problem bərpa olunur. Tanrının bizə verdiyi bu fürsəti qaçırmamağımız gərəkdir.
Tanrı orucunuzu və dualarınızı qəbul etsin!
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Birtanem |
Baxış sayı : 1740 |
Rəylərin sayı (17) |
28 avqust 2009




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!