www.nice.az » İslam Dünyası » Namaz
Namaz
Bu xəbəri dostlarınla paylaş:

Namaz
İslam Allah (c.c)-ın yer üzərində ən böyük əmanətidir. Bu möhtəşəm əmanəti mənzilə daşımağın yolu vəhdətlə və ona sahib çıxmaqla mümkündür. Çünki vəhdət Rəbbimizin muradı, Qurani-Kərimin çağırışı və imanımızın isbatıdır. Hamımız Onun qulu və məxluquyuq. Gəlin birlikdə bu maddi dünyanın fani nemətlərini axirətimizin baqi süfrəsinə göndərək. Qiyamət günü Rəhmanın rəhmətindən məhrum olanlardan olmayaq.
Allaha (c.c) edilən bütün ibadətlərin məcmuəsidir namaz. Allahın uca əmri, dəyişməyən hökmü, qulları üzərindəki haqqıdır namaz.
Dünyada hər kəsin haqqı var. Namaz ibadəti də Allahın haqqıdır. Hamı öz haqqını istədiyi kimi, Rəbbimiz də öz haqqını qullarından tələb edər. Odur ki namaz Rəbbimizin Yer üzərindəki ən ülvi, ən əziz və ən üstün fərmanıdır. Namaz ruhun libası, vicdani səsin hayqırış ədəbi, zamanın dəyəri, ömrün bərəkəti və həyatın baharıdır.
Namaz şeytana, iblisləşmiş nəfslərə, qaranlıq ruhlara aid yolun ziddidir. Sonsuz rəhmət təcəllilərinin qəlbə enməsi, könlün qanadlanıb məna aləmində səmalara yüksəlməsi, ruhun merac etməsi namaza bağlıdır. Namaz niyyətlə canlanan, təkbirlə başlayan, orucu əhatə edən, zəkatı, xümsü, sədəqəni bərəkətləndirən, Xaliqlə məxluq arasında sınmayan rabitədir. O həm zikr, həm şükür, həm də təfəkkürdür. O, üfüqləri aydınlaşdıraraq zülməti yarıb sahibini Yaradana çatdıran nurdur. Namaz Allahın himayəsinə sığınmağı, Onun qapısını döyməyi, Ondan istəməyi, Ondan güc almağı öyrədən məktəbdir.
Namaz sevginin, eşqin, qulluğun simvoludur. Allaha imanın təsbiti, axirətə etiqadın isbatı, böyük gün olan həşr hesabına etimadın ifadəsidir.
Namaz merac gecəsinin hədiyyəsidir. Allah o gecə həbibi Muhəmmədi (səlləllahu əleyhi və alihi vəsəlləm) göylərə yüksəltmiş, Cənnəti, Cəhənnəmi göstərmiş və Ona vasitəsiz olaraq, yəni Cəbrailin (ə) iştirakı olmadan gündəlik namaz qılmağı əmr etmişdir.
Namaz zamanın ən periodik anlarında əda edilir. Həmin vaxtlarda kainatda insanın idrak etmədiyi hallar baş verir. İnsan namaza durunca bilinən və bilinməyən aləmlər içərisinə daxil olur. Hər şeyin, hər bir məxluqun itaət etdiyini anlayan insan şüursuz varlıqların Rəbbinə həmd-sənalarını, ibadətlərini və zikrlərini görüncə o da bu birliyə qoşulur. Namaz maddi və mənəvi təmizliyi təlim edən müstəsna dəyərdir.
Namaz söz, fikir, düşüncə, əxlaq və həyat təmizliyidir. O, qəlbi kin-küdurət qoxusundan, ədavət hisslərindən uzaqlaşdırır və ruhu çirklənməyə qoymur. O, günahların kəffarəsi, bəla və müsibətlərin sipəri, dinin dirəyi, Nəbilər Nəbisinin (səlləllahu əleyhi və alihi vəsəlləm) göz nuru və səbri aşılayan dərmandır. Namaz peyğəmbərlərə tabe olmaq, Haqqa yaxınlaşmaq, təqvanı əldə etməyin ibarəsidir. Əsl hürriyyət, iradə azadlığıdır namaz. Namaz insana yalnız Allah qorxusunu aşılayır, onu qəbir həyatına hazırlayır və qiyamət günündə ilahi hüzura alnıaçıq və üzüağ çıxmasına vəsilə olur. Bütün Rəsullar, Peyğəmbərlər, İmamlar namaz qılmış və onun gözəlliyini, əhəmiyyətini, fərqli ifadələrlə dilə gətirmişlər.
Namaz insanlıq səmasının mənəvi günəşidir. O, rəhmət xəzinələrinin açarı, dünya həyatının sirri, axirət aləminin iman vəsiqəsidir. Müsəlmanın kimliyi onun namazına bağlıdır. Namaz qılmaq Allahın qadir, qulun isə aciz olduğunun feli təsdiqidir. Namaz imanla küfr arasındakı yoldur: onu tərk etmək iman nurunu söndürər, əda etmək isə imanı qüvvətləndirər, Rəbbin riza və rəhmətinə qovuşdurar.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Ayla_girl |
Baxış sayı : 551 |
Rəylərin sayı (15) |
21 fevral 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!