www.nice.az > E-kitablar və Dərsliklər > SQL Nədir ?

SQL Nədir ?


6 iyun 2012. Müəllif: saki_18
SQL Nədir ?

SQL Nədir ?



SQL (Structured Query Language) – Verilənlər bazası dilidir. Tərcümədə "Strukturlaşmış Sorğu Dili" deməkdir. Sql əlaqəli VB sorğu dilidir. Proqramçılar və VB istifadəçiləri VB-na verilənləri yazarkən, silərkən, yeniləyəndə və ya sorğulayanda bu dildən istifadə edirlər. Yəni SQL ilə yalnız VB üzərində iş görmək olar. Microsoft SQL Server - verilənlər bazası sahəsində uzun müddətli fəaliyyət nəticəsində hazırlanmış verilənlər bazası idarəetmə sistemidir. Proqram server üzərində işləyir və çox sayda istifadəçiyə xidmət göstərir.
MSSQL-in Əsas Xüsusiyyətləri
- Verilənlər Bazası İdarəetmə Sistemidir
- Müştəri/Server arxitekturasına malikdir
- Əlaqəli struktura malikdir
- Məlumatın emalı vasitələrinə malikdir
- Proqram hazırlamağa açıq mühitdir
- (Bu beş xüsusiyyət SQL Server-lərin əsas xüsusiyyətləridir)
- Genişləndirilmiş arxitektura, bir və ya daha çox prosessor üzərində işləyə bilər və gələcək istəklərə cavab verə bilər
- Etibarlı və Təhlükəsiz emal sistem zədələnmələrinə və məlumat itkisinə qarşı tam müdafiəni təmin edir
- Hər Cədvəl üzrə 4TB məlumat saxlaya bilir
- Maddi dəyəri yüksək bir sistemdir
- Ən böyük mənfi cəhəti isə təkcə Windows üzərində işləyə bilməsidir