www.nice.az > E-kitablar və Dərsliklər > CHMOD - Fayl və Qovluq hüquqları haqqında
CHMOD - Fayl və Qovluq hüquqları haqqında23 may 2012. Müəllif: M1rZ3 |
![]() Chmod – change mode deməkdir. Chmod – komandası bütün unix təməlli sistemlərdə fayl və qovluqların hüququnu (permission) dəyişmək üçün istifadə olunur. u – user (fayl və ya qovluq sahibi) g – group (fayl və ya qovluğun aid olduğu grup) o – other (digərləri, user və group xaricindəkilər) a – all (ugo) (hərkəs fayl və ya qovluğu işlədə bilər) r – read (oxuma icazəsi) w – write (yazmaq icazəsi) x – execute (işlətmək icazəsi) + icazəni ver – icazəni götür (qaldır) ![]() Yuxarıdakı bəzi İngiliscə kəlimələrin mənaları aşağıdakı kimidir. user – istifadəçi, group – qrup, other – digərləri (başqaları), folder – qovluq, read – oxumaq, write – yazmaq, executable – işlətmək (çalışdırmaq), permission – hüquq (icazə) deməkdir. Ümumiyyətlə dərslərimizdə ingiliscə sozlərdən istifadə edəcəyik. Çünki əməliyyat sisteminin komandaları ingiliscə istifadə olunur. *Nümunə 1: chmod u+rwx,g+rwx,o+rwx test.doc Yuxarıdakı komandanın açıqlaması: user’ə, group’a, other’ə – read, write, execute icazəsi ver. *Nümunə 2: chmod u-x,g-x,o-wx test.doc Yuxarakı komandanın açıqlaması: user’in və group’un execute icazəsini qaldır, other’in write və execute icazəsini qaldır. *Nümunə 3: chmod u+rwx,g+r-wx,o-rwx test.doc Yuxarakı komandanın açıqlaması: user’ə read, write, execute iczəsi ver, group’a read icazəsi ver, write, execute icazəsini qaldır, other’dən read, write, execute icazəsini qaldır. *Nümunə 4: chmod ugo+rwx test.doc Yuxarakı komandanın açıqlaması: user’ə, group’a, other’ə read, write, execute iczəsi ver. *Nümunə 5: chmod ugo+r-w+x test.doc Yuxarakı komandanın açıqlaması: user, group, other’ə read iczəsi ver, user, group, other’dən write iczəsini al, user, group, other’ə execute iczəsi ver. Başqa cür bu komandanı aşağıdakı kimi istifadə etmək olar: ![]() ![]() chmod 400 – user’ə read hüququ verir 200 – user’ə write hüququ verir 100 – user’ə executable hüququ verir 040 – group’a read hüququ verir 020 – group’a write hüququ verir 010 – group’a executable hüququ verir 004 – other’ə read hüququ verir 002 – other’ə write hüququ verir 001 – other’ə executable hüququ verir Yuxarıdakı rəqəmlərə aydınlıq gətirək. 4 rəqəminin mənası fayla və ya folder’ə read özəlliyi verir 2 rəqəminin mənası fayla və ya folder’ə write özəlliyi verir 1 rəqəminin mənası fayla və ya folder’ə executable özəlliyi verir Komanda belə yazılır: chmod 421 test.txt Bu komandada: 4 – user faylı oxuya bilsin 2 – bu group’un sahibləri faylda dəyişiklik edə bilsin 1 – digərləri bu faylı execute edə bilsin ![]() Əgər bir neçə özəllik vermək istəyiriksə onda, istədiyimiz özəllikləri toplayırıq. Məsələn: chmod 754 test.txt Bunun mənası: user bu faylı həm oxuya biləcək, həm yaza biləcək həm də işlədə biləcək – (4+2+1); Bu group’un istifadəçiləri bu fayı yalnız oxuya biləcək və işlədə biləcək, faylın içində dəyişiklik edə bilməyəcəklər; Digərləri isə bu faylı yalnız oxuda biləcəklər. Başqa bir nümunə: chmod 777 test.txt (“4+2+1â€) 777 kombinasiyası fayla full permission (tam hüquq) verir. Yəni hər kəs bu faylı həm oxuda biləcək, həm yaza biləcək, həm də dəyişiklik edə biləcəklər. |