

www.nice.az » E-kitablar və Dərsliklər » Microsoft Access
Microsoft Access

Microsoft Access - verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş proqramdır.
İmkanları
Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir. Bu proqram relyasiya verilənəlr bazası (VB) ilə işləyir. Relyasiya VB-da müxtəlif tipli verilənlər cədvəllərdə saxlanılır və bu cədvəllər arasındakı əlaqələr yaradılir. Nəticədə VB-da müxtəlif tipli dəyişənlərlə işləmək mümkün olur.
İşləmə qaydası
Microsoft Access proqramını işə salmaq üçün: Start → Programs → Microsoft Access. Proqramla bərabər eyni adlı pəncərə açılır. Üç rejimdən biri seçilir:
1. Blank Database (Ð½Ð¾Ð²Ð°Ñ Ð±Ð°çа данных) – yeni boş bazanın təşkili.
2. Database Wizard (маÑтера,…) – bazanın master vasitəsilə təşkili.
3. Open an Existing Database (открытü баçу данных) – təşkil olunmuş bazalardan birinin açılması.
Microsoft şirkətinin yaratdığı bütün proqramlarda olduğu kimi, Microsoft Access pəncərəsinin yuxarı hissəsində proqramın adı, onun yanında isə verilənlər bazasının adı yazılır. Başlığın altında menyu sətri, bu sətrin altında isə alətlər paneli yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, menyu bəndlərinin müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər.
Obyektlər
Access VB-nın obyektlər panelində cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, səhifələr və modullar düymələri görsənir. Bu düymələr vasitəsilə istənilən obyektə keçmək olur:
1. Cədvəllər (Tables) – VB-nın əsas obyektidir. Müxtəlif tipli verilənlərdən təşkil olunmuş sətr (yazı) və sütunlardan (sahə) ibarətdir. Bir VB-da çoxlu cədvəl yaradıla və saxlanıla bilər. Açar sahə vasitəsilə cədvəllər arasında əlaqə yaradılır.
2. Sorğular (Queries) – dəyişənləri verilən şərt əsasında seçməyə və dəyişməyə imkan verir.
3. Formalar (Forms) – informasiyaya baxmağa və redaktə etməyə imkan verir.
4. Səhifələr (Page) – faylları HTML formatında olan Access dəyişənlərinə İnternet Exrlorer brouzerirnin köməyi ilə baxmağa imkan verir.
5. Hesabatlar (Reports) - informasiyaları ümumiləşdirməyə və çap etməyə imkan verir.
6. Makroslar (Macros) – əmrlər vasitəsilə bir neçə əməliyyatı avtomatik yerinə yetirməyə imkan verir.
7. Modullar – iş prosesində bəzi əməliyyatları Access-in makrokomandaları vasitəsilə yerinə yetirmək mümkün olmur. Bu halda Visual Basic for Applications (VBA) dilində proseduralar təşkil etmək olar. Belə əməliyyatlar modullar şəklində təşkil olunur.
Access VB bir və ya bir neçə cədvəldə saxlanılır. Cədvəllərdə hər sətr bir yazı (çапиÑ), hər sütun isə sahə (поле) adlanır. Ñədvəllərdə yazılan verilənlər Ñədvəllər haqqında informasiya ilə birgə VB faylında saxlanılır. Bu fayl .mdb genişləndiricisinə malikdir.
Versiyalar
* 1993 Access 2.0 - Windows (Office 4.3)
* 1995 Access 7 - Windows 95 (Office 95)
* 1997 Access 97 (Microsoft Office 97)
* 1999 Access 2000 (Microsoft Office 2000)
* 2001 Access 2002 (Microsoft Office XP)
* 2003 Access 2003 (Microsoft Office 2003)
* 2007 Microsoft Office Access 2007 (Microsoft Office 2007)
* 1995 Access 7 - Windows 95 (Office 95)
* 1997 Access 97 (Microsoft Office 97)
* 1999 Access 2000 (Microsoft Office 2000)
* 2001 Access 2002 (Microsoft Office XP)
* 2003 Access 2003 (Microsoft Office 2003)
* 2007 Microsoft Office Access 2007 (Microsoft Office 2007)
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: M1rZ3 |
Baxış sayı : 1699 |
Rəylərin sayı (10) |
8 fevral 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!