www.nice.az » E-kitablar və Dərsliklər » Avatar Hazırlamaq
Avatar Hazırlamaq
Son zamanlar Avatar sözü ən çox istifadə olunan populyar kəlmədir. Bu sözün məşhur olması və dildən-dilə gəzməsinin səbəbi Avatar adlı filmdir. Məşhur filmdə hadisələr 2154-cü ildə Yer kürəsindən 4,3 işıq ili məsafədə olan Pandora adlı planetdə cərəyan edir. Qəsdim avatar filmi haqqında danışmaq olmadığından bu mövzuda bəhsi dayandırır və Sizlərlə, əsasən forumlarda istifadə olunan avatar barədə informasiya paylaşmaq istəyirəm. Dəyərli ziyarətçilərimiz mən qətiyyən şübhə etmirəm ki, əksəriyyətiniz avatarın nə olduğunu və necə istifadə olunduğunu çox gözəl bilirsiniz. Bilənlər üçün bir daha təkrar, bilməyənlər üçün yeni məlumat olaraq avatar haqqında yazacağam. Davamında ənənəyə sadiq qalaraq bu dəfə xidməti sayt vasitəsilə animasiyalı avatarların hazırlanmasına baxacağıq.
Aşağıdakı avatarlar bəhs edəcəyim xidməti sayt vasitəsilə yaradılıb.

Avatar forumlarda istifadə olunan kiçik rəsm və ya animasiyadır. Hətta bəzi məqalələrdə rast gəlmişəm ki, avatarı internet istifadəçisinin elektron ürəyi adlandırırlar. Avatar forumlarda istifadəçini digər milyonlarla istifadəçidən fərqləndirir. Avatarın ilk dəfə internetdə kim tərəfindən istifadə olunduğu və nə zamandan istifadə olunması məlum deyil. Amma fakt odur ki, İnternet şəbəkəsində milyonlarla insan avatarlardan forumlarda və sosial şəbəkələrdə istifadə edir. Əgər Siz də avatarınızı hazırlamaq istəyirsinizsə, onda məqalənin davamına diqqət edin.
Animasiyalı avatar hazırlamaq üçün avatar.pho.to xidməti saytından istifadə edəcəyik

Saytı brauzerinizdə açdıqdan sonra qarşınızda müxtəlif effektli avatarlar görüntülənəcək. Bəyəndiyiniz effekti seçin, şəkli ya kompüterinizin diskindən ya da linkini göstərməklə effektə əlavə edin. Bir neçə saniyədən sonra hazır avatar görüntülənəcək. Əgər avatar xoşunuza gəlirsə onu kompüterinizə köçürün. Yox əgər bəyənmədinizsə animasiyanın effektini və ya şəkli dəyişməklə yenisini hazırlaya bilərsiniz. Avatar hazırlamaqda Sizlərə uğurlar arzulayaraq məqaləni yekunlaşdırıram. Ümid edirəm ki, təəsüratlarınızı şərhlərdə bölüşəcəksiniz.
Ürəyinizə yatan avatar hazırlaya bildinizmi?

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: vusaal |
Baxış sayı : 1067 |
Rəylərin sayı (10) |
12 sentyabr 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!