www.nice.az » Nəsihətlər... [24]
Nəsihətlər... [24]
![Nəsihətlər... [24] Nəsihətlər... [24]](/uploads/posts/1341837298_copy.jpg)
a) Zahiri və batini gözəlliyə riayət
Aydın oldu ki, tənhalıq və guşənişinlik İslam baxımından məqbul deyil. Allah orta bir yol təqdim edir. Bu yolu seçən insan ilk addımda salehlərlə ünsiyyətə qatılır və ən zəruri hallarda saleh olmayan insanlarla ünsiyyət saxlayır. İkinci zümrə ilə rabitədə məqsəd onların hidayətidir. Təbii ki, saleh insanlarla rabitə qurmaq qərarına gəlmiş insan ilk növbədə onları tanıya bilməlidir. İkinci addımda salehlərin diqqətini cəlb edəcək zəmin hazırlanmalıdır. Sonda isə nəzərdə tutulmuş rabitələr qurulur. Allah-təala saleh insanlarla ünsiyyət üçün iki şərt bəyan edir: Birinci şərt budur: “Ey Musa! Özünü pakla, qüsl et, sonra mənim saleh bəndələrimə yaxınlaş.†Saleh insanlarla rabitənin birinci şərti insanın cismani təmizliyidir. Çünki insanlar libası çirkli və pinti fərdlərlə ünsiyyətdən qaçır. Amma təkcə yuyunmaqla kifayətlənmək olmaz. Yuyunmaqla yanaşı ibadi baxımdan, Allah xatirinə paklanmaq lazımdır. Bu səbəbdən də müraciətdə həm cismən təmizlənmək, həm də Allaha yaxınlaşmaq məqsədi ilə qüsl etmək tapşırılır. Qüsl vasitəsi ilə insanın batini təmizlənir, salehlərlə ünsiyyətə qatılmaq üçün ruhi hazırlıq yaranır.
İslam təmiz geyinməyi, saçları qaydaya salmağı, dişləri yumağı, ətir vurmağı tapşırmaqla mö’minlərin xoş sima ilə cəmiyyətdə görünməsini nəzərdə tutur. Bu şərtlərə əməl olunduqda ətrafdakılar insanla rabitəyə maraq göstərir. Əziz İslam peyğəmbəri (s) zahiri səliqəsinə və təmizliyinə xüsusi diqqət yetirmiş, ətirlənmişdir. Evdən bayıra çıxanda libasını səliqəyə salmış, saçlarını daramışdır. Peyğəmbər (s) güzgü olmadıqda suya baxıb saçını və saqqalını qaydaya salmışdır.
Ətrafdakılarla ünsiyyətdə zahirən səliqəli olmaq hamı üçün zəruridir və təkcə mö’minlərə aid deyil. Mö’minlər üçün mühüm və dəyərli sayılan budur ki, zahiri gözəlliklə yanaşı batini gözəlliyə nail olsunlar. Salehlərlə ünsiyyətə qatılmaq üçün ibadət məqsədi ilə yuyunmaq lazımdır ki, bu iş batinə tə’sir göstərsin və nəticədə saleh bəndələrlə rabitəyə qatılan insan daha çox nuraniyyət əldə etsin.
b) Xalqın hidayəti və insanlar arasında mühakimə
Həzrət Musanın cəmiyyət namazına imaməti, ixtilafların həllində hakim olması salehlərlə ünsiyyət üçün ikinci əsas şərt kimi bəyan olunur. Həzrət Musaya Allahın elçisi olaraq iki mühüm ictimai vəzifə tapşırılır. Birinci ictimai vəzifə insanların birlikdə ibadətə təşviqi və cəmiyyət namazında imamətin öhdəyə götürülməsidir. Bu yön ibadi və ictimai bir yöndür. İnsanların rabitələrində dünyəvi rabitələr mühüm yer tutduğundan və onlar dünyəvi ehtiyaclarını tə’min etmək üçün cəmiyyətə qatılmağa məcbur olduqlarından istər-istəməz arada qarşıdurmalar yaranır. Bu səbəbdən də Allah-təala ikinci vəzifə olaraq Musaya imamət, hökumət və xalq arasında hakimlik vəzifəsini tapşırır. Ona əmr olunur ki, insanlar arasındakı ixtilafları həll etsin. Təbii ki, ailədə və cəmiyyətdə fərdlər arasında ixtilaflar yaranır və bu ixtilafların həllini kimsə öz öhdəsinə götürməlidir. Bu işi kimsə öz öhdəsinə götürməsə ictimai asayiş üçün təhlükə yaranar.
Hökumət səlahiyyətlərindən olan mühakimə vəzifəsinin həzrət Musaya tapşırılması cəmiyyətin hakimiyyətə olan həyati ehtiyacından danışır. Cəmiyyət bütün yönümlərdə tədbir və idarəçiliyə möhtacdır. Bəli, Allah-təala xalq üzərində hakimiyyəti peyğəmbərlərin və ilahi rəhbərlərin vəzifəsi kimi təqdim edir. Xalq arasında mühakimə məs’uliyyəti də Allah elçilərinin vəzifəsidir. Onlar tədbir görmək, normalar müəyyənləşdirməklə yanaşı insanlar arasında ixtilafların həlli ilə məşğul olmalıdırlar. Allah-təala həzrət Musaya xitabən buyurur ki, namazlarında onlara imam, ixtilaflarında hakim ol. Mə’lum olur ki, qədim şəriətlərdə də ibadi məs’uliyyətlərlə yanaşı dövlətçilik məs’uliyyətləri olmuşdur. Peyğəmbərlər insanların həm ibadi, həm də ictimai ehtiyaclarını tə’min etməli idilər.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Menekşe |
Baxış sayı : 288 |
Rəylərin sayı (2) |
11 fevral 2013

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!