www.nice.az » Sevgi Aləmi » Ürəyində öləcəyəm [şeir]
Ürəyində öləcəyəm [şeir]
Bu xəbəri dostlarınla paylaş:
![Ürəyində öləcəyəm [şeir] Ürəyində öləcəyəm [şeir]](/uploads/posts/1312967780_copyya.jpg)
ÜRƏYİNDƏ ÖLƏCƏYƏM
Gözlərində sevgi gördüm, elə onda doğuldum mən,
Sən bir kədər yaşadınsa, qəhərləndim, boğuldum mən,
Ürəyinə dərd düşəndə parçalandım, dağıldım mən,
Nəyin varsa, mənə gəlsin, dərdlərini böləcəyəm,
Ürəyində doğulmuşam, ürəyində öləcəyəm!
Gedəsi bir yerim yoxdur, ürəyindir mənim yerim,
Ayağına daş dəyərsə, ağrın mənə gəlsin görüm,
Ürəyimi istə məndən düşünmədən o an verim,
Zəhmət etmə, mən köksümü öz əlimlə dələcəyəm,
Ürəyində doğulmuşam, ürəyində öləcəyəm!
Yaşamağa sənim varsa, daha zaval yoxdu mənə,
Döyünəcəm ürəyində, ruh verəcəm hər an sənə,
Hər günündə, hər ayında, hər ilində olum yenə,
Sənin üçün əbədiyəm, sənin üçün gələcəyəm,

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 593 |
Rəylərin sayı (6) |
10 avqust 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!