www.nice.az » İslam Dünyası » Hikmətli kəlamlar çeşməsindən [I hissə]
Hikmətli kəlamlar çeşməsindən [I hissə]
Bu xəbəri dostlarınla paylaş:
![Hikmətli kəlamlar çeşməsindən [I hissə] Hikmətli kəlamlar çeşməsindən [I hissə]](/uploads/posts/1338118098_gg.jpg)
Allahın izni ilə nəzərinizə əziz İslam Peyğəmbərinin (s.ə.a.s.) bariz davamçısı və o mübarək Həzrətin (s.ə.a.s.) elminin giriş qapısı sayılan Hz. Əmir-əl-Möminin Əli (ə.)-ın məktub, xütbə və nəsihətlərindən ibarət olan Nəhcül-Bəlağə kitabından müxtəlif yazılar çatdırmaq niyyətindəyəm. Agah olun ki, bu kitab o qədər də sadə dildə qələmə alınmamışdır və bunun hikmətlərindən biri də kitabın müəllifinin Hz. Əli (ə.) olmasıdır. Kitabda toxunulan məqamlar çoxdur və demək olar ki, ən vacib və xırda məsələlərə toxunulmuşdur. Çalışacağam ki, mütəmadi olaraq bu kitabdan o Həzrətin (ə.) nəsihətlərini, hikmətli kəlamlarını və s. daxil edim. Bəzi izahların çox sadə və bəzilərinin də tam əksinə, qəliz olmasına baxmayaraq, məna fərqinə varan adam üçün qiymətli məlumat olacağından sadəcə və sadəcə əminəm. Odur ki, diqqətlə oxuyun...
Â
*** Əmir-əl-Möminin Əli əleyhis-salam (insan yaradılışının heyrətamizliyi barəsində) buyurur: “İnsana (onun yaradılışına) heyrətlənin (onun xilqəti barəsində düşünün ki, onu Yaradanın qüdrət və bacarığını dərk edəsiniz. Yaradan onu elə yaradıb) ki, piylə (göz ilə) görür, ətlə (dil ilə) danışır, sümüklə (qulaq ilə) eşidir və dəlikdən (burundan) nəfəs alır!â€
Â
*** Əmir-əl-Möminin Əli əleyhis-salam (Allahın nemətlərinə ıükür etməyə həvəsləndirərək) buyurur: “Nemətlərin nümünələri sizə çatanda şükrün azlığı ilə onun qalan hissəsini uzaqlaşdırmayın.†Əlavə izahı: Qurani-Kərim buyurur: “Əgər mənə şükr etsəniz, sizə olan nemətimi artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən şiddətlidir (və ona düçar olacaqsınız!)†(İbrahim surəsi, ayə 7)
Â
*** Əmir-əl-Möminin Əli əleyhis-salam (günahdan uzaq olmağa təşviq edib) buyurur: “(İtaətsizlikdən) uzaq olun, uzaq olun. Allaha and olsun, O, (günahları elə) gizlədib ki, sanki, (onları) bağışlayıb.†Əlavə izahı: İndi ki, sizə möhlət verilib və günahların üstü örtülüb, Onun qəzəbindən qorxub çəkinmək vacibdir. Gərək ki, etdiyiniz səhv əməllərə görə tövbə edəsiniz. Çünki, Onun həlimlik və səbri çox olduğu kimi cəzalandırma və əzabı da ağırdır.
Â
*** Əmir-əl-Möminin Əli əleyhis-salam (səbəbin nəticədən üstün olması barəsində) buyurur: “Yaxşı işin sahibi yaxşılıqdan daha yaxşıdır və pis işin sahibi pislikdən daha pisdir.†(Çünki, iş onu görəndən asılıdır. Buna görə də onu görən işin özündən üstündür.)
Â
*** Əmir-əl-Möminin Əli əleyhis-salam (arzulara ürək bağlamamaq barəsində) buyurur: “Varlılıq və zənginliyin ən üstünü arzuları qəlbə buraxmamaqdır. (Çünki, arzu insanı möhtac edir.) Arzusunu uzadan kəs əməlini pisləşdirib. (Çünki, uzun arzu, axirətdən qafil olmağa və əbədi həyat səadətindən məhrumluğa səbəb olur. Amma miqdarında olan arzu və ümidvarlıq bəyəniləndir.)
Â
*** Əmir-əl-Möminin Əli əleyhis-salam oğlu (imam) Həsən əleyhis-salama (öyüd verərkən) buyurur: “Oğulcanım, məndən dörd və dörd şeyi yadında saxla ki, onlarla gördüyün heç bir iş sənə zərər gətirməz. Şəxsin özünə aid olan dörd şeydən birincisi belədir: Var-dövlətin ən üstünü ağıldır (ki, şəxs onun vasitəsi ilə dünya və axirət səadət və xoşbəxtliyini əldə edir); ən böyük yoxsulluq ağılsızlıqdır (ki, iki dünyada da bədbəxtliyə səbəb olur); ən böyük qorxu xudpəsəndlikdir (ki, belə olan şəxs heç kəslə ünsiyyətdə olmur və bu səbəbdən hamı onunla düşmən olur və o, həmişə qorxu içində olur); ən üstün böyüklük xoşxasiyyətlilikdir. (çünki, xoşxasiyyət olan kəs hamının yanında yüksək məqama malik olur.)
Oğulcanım, başqaları ilə davranış barəsində olan dörd şeylər bunlardır ki, axmaqla dostluq etməkdən çəkin. Çünki o, sənə xeyir vermək istəyər, amma ziyan vurar. (Çünki, axmaq xeyirlə ziyanın yerlərini bir-birindən ayıra bilmir.); xəsis adamla dostluq etməkdən çəkin. Çünki, o, (xəsislik və simicliyinə görə) çox ehtiyacın olan şeyi səndən əsirgəyər; pis əməl sahibi ilə dostluq etməkdən çəkin ki, o, səni lap az şeyə satar. (çünki, öz səadətini az şeyə görə əldən vermiş kəs səni, əlbəttə ki, daha az qiymətə satacaqdır.); çox yalan danışan adamla dost olmaqdan çəkin ki, o, uzağı yaxın və yaxını uzaq edən ilğım (hamar yerdə su kimi nəzərə çarpan suya bənzər görüntü) kimidir (öz nadürüst məqsədlərini həyata keçirmək üçün çətin işi asanlaşdırar, asan işi isə çətinləşdirər).
Â
*** Əmir-əl-Möminin Əli əleyhis-salam səhabələrindən biri xəstə olan zaman (xəstəliyin günahların bağışlanmasına səbəb olması barəsində) ona buyurur: “Allah sənin xəstəliyini, günahlarının silinməsi (üçün səbəb) edib. Buna görə də, xəstəlik üçün savab yoxdur. Amma (insanı üzgün və zəif etdiyi və o, belə bir vəziyyətdə tövbə edib Rəbbinə doğru döndüyü, günah və itaətsizliyindən peşman olaraq onları tərk etmək qərarına gəldiyi üçün) günahları aradan aparır və onları yarpaqların (ağacdan) tökülməsi kimi tökür. Savab və mükafat dillə danışmaqda və əl və ayaqla olan əməllərdədir. (Xəstəlik nə danışmaqdır və nə də əməl.) Nöqsan sifətlərdən pak və uzaq olan Allah, bəndələrindən istədiyini niyyətinin paklığı və batininin saflığına görə cənnətə daxil edir.â€

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: MuntozoR |
Baxış sayı : 801 |
Rəylərin sayı (8) |
27 may 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!